Vətəndaş Dadaşov Tərlan Məzahim oğlu "Hakan Foods Azerbaican Trading Co LTD" MMC ilə bağlı məhkəməyə müraciət edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə vətəndaş Nizami Rayon Məhkəməsinə üz tutub.
Belə ki, T.Dadaşov əmək mübahisələri - əmək münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Həqiqət Əhmədovanın sədirliyi araşdırılır.
Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.
Qeyd: "Hakan Foods Azerbaican Trading Co LTD" MMC 2001-ci ildən "Kral" markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.