“Orbita MTK” ağacları bulduzerlə məhv edir – İcra hakimiyyətindən müəmmalı susqunluq

 26-05-2023

Tikinti şirkəti Nizami rayonunda yaşıllıqları buldozerlə məhv edir, icra hakimiyyəti isə susur

Bakıda tikinti şirkətlərinin “yaşıl soqırım” həyata keçirdikləri heç kimə sirr deyil. O da məlumdur ki, uzun illərdir davam edən bu “soyqırım” dövlət qurumlarının içtirakı ilə həyata keçirilməməsi mümkünsüzdür. Hər halda bütün yazılanlara, şikayətlərə rəğmən bu “soyqırım”ın davam etməsi bunu deməyə əsas verir.

Azfakt.com xəbər verir ki, son olaraq sosial şəbəklərdə yayılan belə xəbərlərdən biri də paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətində baş verib. Həyətin tam ortasında çoxillik ağacları əvvəlcə hasara alıb, sonra da çıxarırlar.

Ağır texnikalarla və günün günorta vaxtında həayata keçirilən bu “əməliyyatı” “Orbita” MTK həyata keçirib. Sakinlərin etirazına baxmayaraq, ağaclar bulduzerlərlə çıxarılaraq məhv edilib. Etiraz edən sakinlər isə yüksək vəzifəli şəxsin adından təhdidə məruz qalıblar.

Məsələyə hələ ki, nə ETSN, nə də Bakı Yaşıllaşdırma İdarəsi münasibət bildirməyib. Sakinlər isə bildirirlər ki, çoz illik ağaclar məhz Bakı Yaşıllaşdırma İdarəsinin “xeyir-duası” ilə məhv edilir. Çünki sakinlər dəfələrələ baş verənlərlə bağlı Bakı Yaşıllaşdırma İdarəsinə müraciət etsələr də, onların müraciətinə baxan olmayıb.

Sakinlər şikayət etsələr də, nədənsə nə Yaşıllaşdırma Təsərrüfatı Birliyi, nə Birliyin yeni sədri Mirdamət Seyidov, nə də Birliyin Bitki Mühafizəsi Şöbəsinin müdiri Şaiq Vəliyev həmin ağacları zərərsizləşdirməkdə maraqlı görünmürlər.

Hətta iddia olunur ki, ağacların ətrafına məhz Bakı Yaşıllaşdırma İdarəsinin işçiləri hasar çəkirlər və bundan sonra “budama əməliiyatı” həyata keçirilir. Budamadan sonra isə ağacları yerli-dibli kötüyündən çıxarırlar. Sakinlər bunu Bakı Yaşıllaşdırma İdarəsinin “maraqları”nın tikinti MTK-larının maraqları ilə üst-üstə düşməsi ilə əlaqələndirirlər.

Sakinlər bildirirlər ki, Birliyin əməkdaşlarının tələm-tələsik üzərində “budama əməliyyatı” apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Yəni belə çıxır ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan “centlmen sövdələşməsi” aparılan adamlara satılması üçün zəmin hazırlamaq məqsədi daşıyır.

2022-ci ilin dekabr ayının ortalarından başlayaraq paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətdə “yaşıl soyqırıma” rəvac verən “Orbita” MTK şirkətinin təmsilçiləri etiraz edən sakinləri Prezidentin mühafizə xidmətinin rəisi ilə qorxudurlar.

Qeydə alınmış video-görüntülərdən bəlli olur ki, binaların birinci mərtəbəsinin həyətində sakinlərin çəpərləyib qulluq etdikləri kiçik bağçalar traktorla qaşınıb məhv edilir. Belə faktlar hətta insidentə səbəb olub, narazılığını bildirən qadın sakin mübahisə zamanı itələnərək yıxılıb, başı bardürə dəyərək xəsarət alıb, işə polis qarışıb…

Mənbə azfakt.com

Bənzər yazılar

0.4302179813385