Parkda hicablı xanıma söz atan kişi HƏBS OLUNDU

 31-05-2022

Bakıda 40 yaşlı kişi parkda qadına söz atdığı üçün həbs olunub.

“Kriminalqafqaz”ın məlumatına görə, hadisə bir neçə gün öncə Nərimanov parkında baş verib. Axşam saat 20:20 radələrində parkda olan xanım oradakı polisə yaxınlaşaraq bir şəxsin onu narahat etdiyini və əxlaqsız təklif etdiyini bildirib. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb xanımı niyə narahat etdiyini soruşublar.

Bu zaman kişinin spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Ondan hərəkətlərinə son qoyması tələb edildikdə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlayıb. Həmin şəxs tabesizlik göstərərək polisin paqonunu söküb.

Təqsirləndirilən şəxs avtopatrul çağırışı ilə bölməyə aparılıb. O, izahatında göstərib ki, parkda tanımadığı hicablı xanıma söz atsa da, hər hansı hörmətsizlik və ya qeyri-etik  hərəkət etməyib. Ona qarşı yalnız xoş ifadə işlədib.

Polis tərəfindən tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bənzər yazılar

0.1885929107666