Cari ildə 1 ton 315 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, narkotiklərlə bağlı 2293 şəxs cinayət məsuliyyətinə cəlb olunub və bunlardan 66 nəfəri qadındır.
“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir”, - DİN rəsmisi əlavə edib.