Almaniya “Şimal axını” işində getdikcə daha çox Ukrayna izinə rast gəlir

 27-05-2023

Alman müstəntiqləri “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatın arxasında böyük ehtimalla Ukraynanın dayandığına dair getdikcə daha çox məlumat alırlar.

Bildirilir ki, hazırda Almaniyada istintaq partlayışların Ukrayna xüsusi xidmət orqanları tərəfindən, yoxsa Kiyevdə hakimiyyətin nəzarətində olmayan qrup tərəfindən həyata keçirildiyini öyrənməyə çalışırlar.

Eyni zamanda, alman ekspertləri təxribatın Rusiya tərəfindən təşkilini son dərəcə qeyri-mümkün hesab edirlər.

Müstəntiqlər həmçinin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin zədələnməsində iştirak edən gəmini icarəyə götürmək üçün göndərilən elektron məktubun məlumatlarını Ukrayna ilə əlaqələndirirlər.

Müstəntiqlərin fikrincə, partlayıcı maddələrin daşınmasında iştirak etdiyi ehtimal edilən “Andromeda” yaxtasını icarəyə götürmək üçün göndərilən elektron məktubun metadatası Ukraynanı göstərir.

Mənbə: Der Spiegel

Bənzər yazılar

0.37042498588562