Məzahir Pənahov: "Türkiyədə demokratik seçkilər keçirilib"

 26-05-2023

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 14-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib.

Report.az verdiyi xəbərə görə, MSK sədri rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib ki, Türkiyədə demokratik seçkilər keçirilib:

“Türkiyə bütün dünyaya seçki nümunəsi göstərdi. Bu seçkilər dünyaya demokratik seçkilərin necə keçirilməsini sübut etdi. Hətta deyərdim ki, heç vaxt Türkiyədə keçirilən seçki qədər dünyanın heç bir ölkəsində demokratik seçki olmayıb, keçirilməyib”.

Bundan başqa, Tükiyədəki prezident seçkilərinin ikinci turu üçün xarici ölkələrdə səs verənlərin sayı 1,9 milyonu ötüb.

Bu barədə “TRT Haber” məlumat yayıb ki, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xarici seçici siyahılarında qeydə alınan seçicilərin sayı 1 milyon 902 min 417 nəfərə çatıb. Səsvermə mayın 28-i saat 17.00-da başa çatacaq.

 

Bənzər yazılar

0.43154406547546