Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”

 23-05-2023

“Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz bizim türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Dövlət başçısı çıxışında Qarabağ Zəfərinə də toxunub.

“Qarabağın azad edilməsilə biz CHP-nin saldığı qara ləkəni təmizlədik. Biz bu məsələdə əvvəlcədən humanist, islami və vicdanlı mövqe tutmuşuq”, - deyə Ərdoğan bəyan edib.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ATA İttifaqı”nın namizədi Sinan Oğanın qərarına münasibət bildirib.

Rəcəb Tayyib Ərdoğan qərarına görə Oğana təşəkkür edib. O, S.Oğanın və millətin dəstəyi ilə ikinci turda qələbə qazanacağına inandığını deyib.
 
Türkiyə lideri, həmçinin S. Oğanın müxalifət tərəfindən sərt tənqid edilməsini şərh edib və bunun gözlənilən olduğunu vurğulayıb.
 
Qeyd edək ki, Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Bənzər yazılar

0.46861100196838