Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib.
Manset.az xəbər verir ki, polkovnik Azər Məmmədov müvafiq əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub.
Bildirilib ki, o, bu təyinata qədər hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edilib ki, hazırda xidmətin rəisi polkovnik Mürsəl İbrahimovdur. Onun 1-ci müavini general-leytenant Zaur Abdullayev isə ötən həftə vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 ilə ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi bir sıra müzakirələr yaradıb.