PSJ çempionluğa bir addım da yaxınlaşdı – VİDEO

 22-05-2023

Fransa Liqa 1-də 36-cı tura yekun vurulub.

Milletinsesi.info xəbər verir ki, bağlanış matçında lider PSJ “Oser”in qonağı olub.

Qarşılaşma Paris klubunun qələbəsi ilə başa çatıb - 2:1.

PSJ-nin qollarını Kilian Mbappe vurub. “Oser”in heyətində isə Sinayoko fərqlənib.

Paris klubu xallarını 84-ə çatdırıb və vahid liderdir.

Ən yaxın izləyicisi “Lans”ı 6 xal üstələyən PSJ-yə çempionluq üçün son iki turda bir xal kifayət edəcək.

Bənzər yazılar

0.41372489929199