Çempion “Napoli” “İnter”ə xal vermədi – VİDEO

 22-05-2023

İtaliya A Seriyasının 36-cı turunda çempion “Napoli” “İnter”i qəbul edib.

Milletinsesi.info xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

“Napoli”nin qollarını Zambo Anqissa, Covanni Di Lorentso və Canluka Qaetano vurublar. “İnter”in təsəlli qoluna Romelu Lukaku imza atıb.

Milan təmsilçisi 41-ci dəqiqədən etibarən 10 nəfərlə mübarizə aparıb. Roberto Qalyardini ikinci sarı vərəqədən “qırmızı” alaraq meydandan qovulub.

Qələbə sayəsində “Napoli” xalını 86-ya çatdırıb. “İnter” 66 xalla üçüncüdür.

Bənzər yazılar

0.51703000068665