Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb

 10-03-2022

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

MillətinSəsi.info xəbər verir ki, "report"a açıqlama verən Afaq Həmidova deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - A.Həmidova bildirib.

Bənzər yazılar

0.22320604324341