"Çiyələk" festivalı adı ilə ölkə başçısının fəaliyyətinə KÖLGƏ SALAN icra başçısının XANIM MÜAVİNİ....

 29-05-2022

Ölkə başçsının və birinci xanımın Təşəbbüsü ilə Azərbaycan paytaxtı Bakıda TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının keçirildiyi bir vaxtda, Dünyanın diqqət mərkəzində olan və Dünya ölkələrindən xeyli sayda tanınmış jurnalist, siyasətçi ictmai xadim və qardaş ölkə Türkiyənin prezidenti, ailəsi ilə birlikdə ölkəmizdə səfərdə olduğu bir vaxtda, çox təssüflər olsun ki, dünya bazarında insanların sağlamlığına zərər vurmaqla hər zaman mediada tənqid olunan, gigeynik cəhətdən uşaqların yeyilməməsi üçün bir çox Beynəlxalq Səhiyyənin də qadağan etdiyi meyvələrdən biri olan Çiyələk festivalı keçirmək arzusunda olan rayonmuzun icra başçsı və onun xanım muavini var.



Söhbət Cəlilabad rayonunda keçirliəcək Çiyələk festivalından gedir. "Azərbaycan Reallığı"na Cəlillabad rayon icra hakimiyyəti ilə əməkdaşlıq edən etibarlı jurnalistlərdən birinin dediyinə görə, bu işə Cəlilabad rayon icra başçısının xanım muavini Elnarə Həsənova, başçılıq edir. O, Elnarə xanımdır ki, haqqında media və xəbər saytlarında kifayət qədər tənqidlərə neqativ yazılara rast gəlmək olar.


 Elnarə Həsənova

Mənbənin verdiyi məlumata görə Elnarə xanım Cəlilabad rayonunda bir sıra fermerləri bu festivalda məcburi olaraq cəlb edib və festival üçün onlardan muxtəlif cür ödənişlər etməyi tələb edib. Bu işlə məşğul olan bir neçə fermerlər də Elnarə xanıma çiyələyin insanların sağlamlığı üçün faydalı olmadığını bildirsələr də o, "Cəlilabadda mənəm bağdada,  kor xəlifə!" deyib fikirindən dönməyib!



 "Azərbaycan Reallığıxəbər verir ki, Elnarə xanım bu festivala xeyli sayda jurnalistlərin cəlb olunması üçün də canfəşanlıq edib. Belə ki, Bakıdan rayona təşrif buyuran xeyli sayda jurnalistə ödəniş etdiriləcəyinə söz verib. Görəsən indiki dönəmdə Bakıda "TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının keçirildiyi bir vaxtda Cənab Prezident və onun xanımına qarşı çıxmağı Elnarə xanıma kim məsləhət görüb? Elnarə xanım bu "bölüşdürülmə"-ni  etməklə xaricidən Azərbaycana dil uzadan bəzi qara qüvvələrlə fəaliyyətin eyniləşdirmək olarmı? 



Əlavə olaraq onu da qeyd edək ki, ölkədə vətənimizin müdafiə sisteminin daha da gücləndirilməsi naminə yeni  yetişən gənclərdə texnoloji bilik və bacarığını sərgiləmək məqsədi durduğu halda ,axı nə üçün Elnarə xanım, ictimaiyyətin fikrini adi bir meyvə sərgisinə yönəldir. Axı festival 26- 29 may 2022 ci il tarixində planlaşdırılıb!

Hesab edirik ki, bu şəxsi mənafe şöhrət düşkünlüyünü əks etdirən bu plan məhz dövlət siyasi xətti ilə qəti uzlaşmır!

Bu suallara cavabı çox güman ki, aidiyyəti üzrə qurumlar sözügedən  məsələni araşdırdıqdan sonra Qanuni mühakimə masalarında Xanım icra müavini Elnarə xanıma cavab tədbiri görəcəklər!

Adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırəq.

Mənbə Azərbaycan Reallığı

Bənzər yazılar

0.20162296295166