“İndiana Cons - 5” filminin təqdimatında Harrison Forda sürpriz - FOTO/VİDEO

 20-05-2023

Aktyor Harrison Ford 2023-cü ildə Kann Film Festivalında kino sahəsində ömürlük uğuruna görə fəxri “Qızıl Palma budağı”na layiq görülüb.

Mükafat “İndiana Cons və taleyin çarxı” (“Indiana Jones and the Dial of Destiny”) filminin təqdimatına həsr olunmuş festivalda rejissoru Ayris Knoblox tərəfindən təqdim edilib.

Böyük ekranda Fordun məşhur filmlərdəki rolları əks etdirən videoçarx təqdim olunub.

“Deyirlər ki, ölüm ayağında olanda bütün həyatınız gözünüzün qabağından keçir və mən indicə həyatımın gözümün qabağından keçdiyini gördüm”, - deyə Hollivud ulduzu kadrlara baxdıqdan sonra deyib.

 

Mənbə: The Hollywood Reporter

Bənzər yazılar

0.7017650604248