Mehriban Əliyeva Emma Nikolsonla görüşdü

 10-03-2022

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 10-da Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

MillətinSəsi.info xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib. 

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin bu il qeyd olunduğu məmnunluqla vurğulanıb.

Sonra ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.


Bənzər yazılar

0.21564602851868