Azərbaycanın təhsil naziri Emin Əmrullayev “TEKNOFEST Azərbaycan” festivalında qalib gələn azərbaycanlı şagird və tələbələri təbrik edib.
Nazir bu barədə “Twitter” hesabında yazıb.
“TEKNOFEST-də qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək”.
Nazir bildirib ki, qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası) tələbələrinin də olması onu çox sevindirib:
“Bu qələbə peşə təhsilinin də uğura aparan yol olduğunu sübut edir. Peşə təhsili sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox qürurverici oldu”.