Rumen Radev Azərbaycan Prezidentini TƏBRİK EDİB

 29-05-2022

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

AZƏRTAC-ın xəbərinə görə, təbrik məktubunda bildirilir:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bolqarıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bolqarıstan Respublikası strateji tərəfdaşı olan Azərbaycan Respublikası ilə münasibətlərinə böyük önəm verir. Bunu son 30 ildə ölkələrimiz arasındakı intensiv və səmərəli dialoq da təsdiq edir.

Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyimizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

Bənzər yazılar

0.19863605499268