Polis iki ildir 42 yaşlı qadını axtarır 

 16-05-2023

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun əlamətləri belədir: Boyu təxminən 156 sm, arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. 

Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. 

Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin (012) 454-22-22  şəhər  və  (050) 221-16-56, (055) 252-22-22  mobil nömrələrinə zəng vuraraq xəbər vermələri xahiş olunur.

Bənzər yazılar

0.37768006324768