Rusiyanın Kamçatka diyarınında püskürən güclü vulkanın dəniz səviyyəsində 15 kilometr yüksəkliyə kül atması səbəbindən aviasiya üçün ən yüksək – “qırmızı” rəngli təhlükə həyəcanı verilib.
Bu barədə Kamçatka diyarının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, küləyin istiqamətini nəzərə alaraq, kül şleyfi vulkandan cənub-şərq istiqamətində yayılır.
Mənbə: İnterfax