Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Milletinsesi.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,14 ABŞ dolları və ya 0,18% artaraq, 78,18 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.