Genetik potologiya ilə doğulan uşaq daima GÜLÜMSƏYİR

 29-05-2022

Avstraliyada qeyri-adi uşaq doğulub.

Düynaya gələndən uşağın üzündən təbəssüm getmir- körpənin kifayət qədər nadir genetik patologiyası var.

O, ikitərəfli makrostomiya, həddən artıq geniş ağız boşluğu ilə doğulub.

Dünyada 10-dan çox oxşar hadisə qeydə alınmayıb.

Övladlarının xəstəliyindən xəbər tutan gənc valideynlər şok yaşayıblar.

“Həyat yoldaşımla mən bu cür xəstəliyin olduğundan belə xəbərsiz idik. Düşündüm ki, körpəmizin vəziyyətinə hamiləlik zamanı kifayət qədər diqqətli olmamağım səbəb olub. Amma məlum oldu ki, burada heç nə bizdən asılı olmayıb”, - deyə uşağın anası Kristina Verçer bildlrib.

Ağız boşluğunun deformasiyası səbəbindən qız yeməkdə ciddi çətinliklər yaşayır. Uşağa normal həyat şansı vermək üçün əməliyyat tələb olunacaq.

Mənbə: Daily Mirror

Bənzər yazılar

0.2052800655365