Nigar Vahabzadə: “875 nəfərin əmək müqaviləsi bağlanılmadan işlədiyi aşkarlanıb”

 13-05-2023

“Cari ilin yanvar-aprel aylarında 875 nəfərin əmək müqaviləsi bağlanılmadan işlədiyi aşkarlanıb”.

Milletinsesi.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə media nümayəndələri üçün keçirilən tədbirdə deyib.

O bildirib ki, operativ araşdırmalar zamanı əmək müqaviləsi olmadan işçi götürənlər barəsində cərimələr tətbiq edilib:

“Belə ki, ilkin aşkarlanma zamanı qanunvericiliyin normalarına uyğun olaraq, iki min manat, ikinci dəfə dörd min manat, üçüncü dəfə isə altı min manat dəyərində cərimə məbləği tətbiq edilir. Müqaviləsiz işləyənlərin sayı 10 nəfərdən çox olarsa, artıq cinayət işi açılır”.

“2019-cu ildə dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 807 871, cari ildə 859 884 olub. Bu isə 52 013 artım deməkdir. Eləcə də qeyri-dövlət sektorunda 2019-cu ildə aktiv əmək müqavilələrinin sayı 539 922, cari ildə isə 853 342 olub. Bu da 313 420 artım deməkdir. 2019-cu ildən bu günə qədər qeyri-dövlət fəaliyyət sahələri üzrə əmək müqavilələrinin sayında ən çox artım müşahidə edilən istiqamətlər ticarət (64,1%) və xidmət sektoru (60,9%) olub”, - N.Vahabzadə qeyd edib.

 

Bənzər yazılar

0.15149903297424