Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var

 13-05-2023

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Oqtay və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Həsənova Səhər Alı qızı hadisə yerində həlak olublar.

Fövqəladə Hallar Nazirliyinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları sıxılmış vəziyyətdə olan ər və arvadın meyitlərini çıxararaq adiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.44535708427429