Qubadlının baş planını 745 min manata “Sapartners Kovari + Kovari” şirkəti HAZIRLAYACAQ

 28-05-2022

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində olan publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Qubadlı şəhərinin baş planının hazırlanması işlərilə bağlı keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

MillətinSəsi.info Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi İsveçrənin “Sapartners Kovari + Kovari” şirkəti olub.

Qubadlı şəhərinin baş planının hazırlanması üçün “Sapartners Kovari + Kovari” şirkətinə 745 min 458 manat 71 qəpik ödəniləcək. Şəhərin baş planının hazırlanması işləri 25.05.2022-ci il tarixində başlayıb 25.05.2023-cü il tarixində başa çatacaq.

Məlumat üçün bildirək ki, “Sapartners Kovari + Kovari” şirktəti ötən il Zəngilan və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı keçirilən tenderin də qalibi olub.

Zəngilan şəhərinin baş planının hazırlanması üçün “Sapartners Kovari + Kovari” şirkətinə 620 min 361 manat 7 qəpik, Kəlbəcər şəhərinin baş planın hazırlanması üçün isə 670 min 694 manat 63 qəpik ödəniləcək.

Onu da bildirək ki, işğaldan azad olunmuş digər şəhərlərin – Şuşa və Cəbrayılın baş planının hazırlanması üçün Böyük Britaniyanın “Chapman Taylor” şirkətinə 7 milyon 586 min 88 manat 89 qəpik, Füzuli şəhərinin baş planının hazırlanması üçün Bakı Dövlət Layihı İnstitutuna 991 min 200 manat ödəniləcək.

Qeyd edək ki, Füzuli şəhərinin baş planının hazırlanması işləri 10.05.2022-ci ildə, Şuşa şəhərinin baş planının hazırlanması işləri 21.07.2022-ci il tarixində, Cəbrayıl şəhərinin baş planının hazırlanması işləri isə 16.09.2022-ci ildə başa çatmalıdır.

Bənzər yazılar

0.40258598327637