İtkin düşmüş hesab edilən tanınmış rusiyalı aktrisa Marina Qridasova Sankt-Peterburqdakı Fontanka çayının sahilindəki evinin həyətində tapılıb. O, çılpaq və döyülmüş halda olub.
Məlumata görə, “Sındırılmış fənərlər küçəsi” (“Ulitsa razbitıx fonarey”) və “İstintaqın sirləri” (“Taynı sledstviya”) seriallarının ulduzu mayın 1-də səhər saatlarında mənzilindən çıxaraq sahilə doğru hərəkət edib, bundan sonra onu heç kim görməyib. Qonşuları və dostları onun mənzilinin qapısının açıq olduğunu görüblər, içəridə heç kim olmayıb. Bundan sonra polisə xəbər verilib. Həmin gündən onun axtarışlarına başlanılıb.
Müşahidə kameralarından Qridasovanın küçəyə yalnız xalat və idman ayaqqabısı ilə çıxdığı görünüb.
Bildirilir ki, əslində aktrisa elə həmin ərəfələrdə küçələrin birində çılpaq, döyülmüş və huşsuz halda tapılıb. Ancaq heç kim onun şəxsiyyətini müəyyən edə bilməyib. O, mayın 2-də orta ağır vəziyyətdə xəstəxanaya aparılıb. Əvvəlcə şok reanimasiya, sonra isə yanıq reanimasiyasına yerləşdirilib və bu günə qədər də oradadır. 63 yaşlı aktrisa ancaq mayın 9-da soyadını açıqlaya bilib.
Qadında hipotermiya, ağciyər iltihabı və pnevmoniya müəyyən olunub. Aktrisanın zorlana biləcəyi istisna olunmur, hazırda bu versiya yoxlanılır.
Qridasovanın ziyarətinə icazə verilmir. Aktrisanın yaxınlarının dediyinə görə, iki-üç gündən sonra onu adi palataya köçürəcəklərinə söz veriblər.
Mənbə: 78.ru