Rusiya bazarında Qərb brendlərini əvəz edəcək türk geyim və məişət əşyaları markalarının adları açıqlanıb.
“Mudo”, LTB, “Twist”, “adL”, “İpekyol” Rusiyada filiallarını açmaq və tanınmış xarici pərakəndə satış şirkətlərini əvəz etmək niyyətlərini açıqlayıb. Onların nümayəndələrinin artıq ticarət mərkəzləri ilə danışıqlar apardığı məlumdur. Sadalanan brendlərdən bəziləri əvvəllər Rusiya bazarında təmsil olunmalarına baxmayaraq rəqabət səbəbindən onu tərk etmişdilər.
Moskvada ilk satışın “adL” brendi tərəfindən həyata keçiriləcəyi iddia edilir. Qeyd edildiyinə görə, açılış 2022-ci ilin payızına planlaşdırılıb.
Mənbə: Lenta.ru