Qaraçuxur qəsəbəsində içməli su niyə kəsilir? 

 11-05-2023

Suraxanı rayonunda sakinlər su problemi yaşayırlar. 

Bu barədə Milletinsesi.info-ın redaksiyasına sakinlər tərəfindən müraciət daxil olub. Söhbət Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən gedir. 

Sakinlər iddia edirlər ki, Veteranlar xiyabanının arxasında yerləşən binalarda yaşayırlar və hər gün axşam saat 20:00-dan sonra sular kəsilir:

“Axşam işdən evə gəlirik, su yoxdur. Əvvəl deyirdilər ki, 24 saat içməli su ilə təmin ediləcəyik. Amma bir ildir ki, su probleminə çarə tapmırlar. Qarşıdan yay gəlir. İsti havalarda axşam saat 20:00-dan sonra su kəsilsə, camaat nə edəcək?”

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, Qaraçuxurda gecə saatlarında içməli suyun verilişinin dayandırılması su anbarı ehtiyatlarının yaradılması ilə əlaqəlidir. 

“Sözügedən ərazidə su müəyyən qrafiklə verilir. Qrafiklərin tənzimlənməsi ilə bağlı gecə saatlarında suyun verilişi dayandırılır”.

 

Bənzər yazılar

0.13551688194275