Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Milletinsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,67 ABŞ dolları və ya 2,13% artaraq, 79,97 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.