Ağdamda orta məktəbdə yanğın olub

 10-05-2023

Ağdam rayonunda orta məktəbdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 kvadratmetr olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 kvadratmetr olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar

0.49510097503662