1 iyuldan əlillərin aldığı müavinətin miqdarı DƏYİŞƏCƏK?

 27-05-2022

“İlkin mərhələdə biz yeni meyarları tətbiq edəcəyik. Biz 1 iyuldan sadəcə əlillik meyarlarını tətbiq edəcəyik. İnsanlar indiyə qədər aldıqları ödənişləri alacaqlar”.

MillətinSəsi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da əlilliyin yeni meyarları barədə danışarkən deyib.

O bildirib ki, artıq uşaqlar da xəstəliyinin dərəcəsinə uyğun olaraq daha yuxarı ödənişlər ala biləcəklər: “Sadəcə burada müsbət fərq ondan ibarətdir ki, artıq sağlamlıq imkanları məhdud uşaq anlayışı olmayacaq. Əvvəl əlilliyin meyarları 123 idisə, artırılaraq 563-ə çatdırılıb".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, bunun nəticəsində indiyə qədər əlillik ala bilməyən şəxslərin də bir çoxu əlillik ala biləcək: "Artıq əlillik qruplarla yox, 35-100 faiz aralığında ölçüləcək. Aparılan islahatların mahiyyəti insanları yoxlamalara cəlb etmək deyil, sistemə əlçatanlığı təmin etməkdir. Əlilliyi müddətsiz olanlarda heç bir yoxlama aparılmayacaq. Müddətli əlillikdə isə, müddəti bitdikdə şəxs barədə təkrar dəyərləndirmə aparılacaq və əlilliyi ilə bağlı yeni qrar qəbul ediləcək”, - deyə o, bildirib.

Bənzər yazılar

0.19931292533875