Həlli tapılmayan 18 kilometrlik kənd yolu - VİDEO

 08-05-2023

Lerikin 18 km-lik Piran-Veri-Əliabad kənd yolu yararsız vəziyyətdədir.

Bu dağ kəndlərinin minlərlə sakini qış aylarında daha böyük çətinliklərlə üz-üzə qalır. 

Sakinlərin sözlərinə görə, yolu keçmək artıq müşkül məsələyə çevrilib:

“Xəstələri xəstəxanaya çatdırmaq üçün ən azından 5 saat məsafə qət edirik. Maşının ehtiyat hissələri sıradan çıxır, dağılır”.

Şəhid atası isə qeyd edib ki, yolun bərbad halda olması ucbatından oğlunun məzarını ziyarət edə bilmir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bənzər yazılar

0.13295698165894