İraqda İsraillə münasibətlər ömürlük həbs və ya ölümlə cəzalandırılacaq

 27-05-2022

İraq parlamenti İsraillə münasibətlərin normallaşması və ya qurulmasını cinayət hesab edən qanun layihəsini təsdiqləyib.

Bundan sonra İsraillə siyasi və diplomatik əməkdaşlıq ömürlük həbs və ya ölümlə cəzalandırılacaq.

Qanunun təsdiqlənməsindən sonra şiə Sədr qrupunun tərəfdarları paytaxt Bağdadın məşhur Təhrir meydanında bayram keçiriblər. Meydana toplaşan nümayişçilər “İsrailə yox, yalana yox, İraqa hə” və “İsrailə ölüm” şüarları səsləndiriblər.

Mənbə: “Haber Global”

Bənzər yazılar

0.19283890724182