2021-ci ildən indiyə kimi Lənkəran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 656 min 282 manat məbləğində 33 tender keçirilib.
MillətinSəsi.info fed.az-a istinadla xəbər verir ki, Lənkəran İcra Hakimiyyəti bu vaxt ərzində 2 milyon 23 min 88 manat məbləğində 8 tender keçirib. Ən böyük tenderin qalibi “”Emv Group” MMC olub. Şirkət 2 tenderlə 685 min 912 manat qazanc əldə edib. Bu isə İH-nin ümumi tenderlərinin 34 faizi deməkdir.
Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi 9 tenderə 323 min 111 manat xərcləyib. Bu isə rayonun bütün tenderlərinin 12 faizini təşkil edir. Ən böyük tenderi isə “Cənub-2000” MMC olub. Şirkət 120 min 634 manat dəyərində tenderləri qazanmaqla idarənin ümumi tenderlərinin 37 faizini udmuş hesab olunur.
Lənkəran tenderlərini qazanan şirkətlər bunlardır: “Cənub-2000” MMC, Dress Unıform, Avangard As Constraksen MMC, Masal-944 MMC, “MTS-1964” MMC, “Şahin-KF” MMC, Azvalue MMC, “S.M.K” MMC, Premium Supplements MMC, Uzay-E MMC, Medsol MMC, Lənkəran mətbəə MMC, “Koneks Construction” MMC, “Texnomaks” MMC
AzToday.az 2021-ci ildən indiyə kimi Lənkəran rayonunda keçirilən tenderləri təqdim edir: