Füzulidə 50 yaşlı kişini avtomobil vurdu

 06-05-2023

Füzuli rayonunda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report”un məlumatına görə, 1973-cü il təvəllüdlü Abbasov Zakir Mədət oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.40539407730103