Mikayıl Cabbarov “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalça kompozisiyasının təqdimatında 

 05-05-2023

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalça kompozisiyasının təqdimat mərasimində iştirak edib.

Bu barədə nazir “Facebook” hesabında paylaşım edib. 

Paylaşımda bildirilir:

“Azərxalça” ASC tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalça kompozisiyası təqdim edildi. Sənət əsəri ulu öndərin həyat fəlsəfəsini, zəngin dövlətçilik ənənələrini, Azərbaycanın tərəqqisi və firavan gələcəyi naminə mütərəqqi amallarını təcəssüm etdirir”.

 

Bənzər yazılar

0.28461289405823