Məhkəmə Eldar Mahmudovun həbsdə olan kadrı ilə bağlı qərar çıxardı

 03-05-2023

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirli bilinən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadır Qocayevin barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bahadır Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektoru olub. Keçmiş MTN əməkdaşı 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bahadır Qocayev MTN-in Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. “MTN işi” ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bənzər yazılar

0.2125608921051