Gəncə Şəhər İcra Hakimiyyəti son 2 ildə bu şirkətə 66 milyon manat ödəyib

 10-03-2022

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 19 milyon 193 min manat olan tender müsabiqələrinin qalibi  "Rövşən Oğuz Qrup" MMC (VÖEN-1700993511) olub.

İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün "Rövşən Oğuz Qrup" MMC-yə 15 milyon, Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi üçün isə 4 milyon 103 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, İcra hakimiyyəti ilə "Rövşən Oğuz Qrup" MMC arasında ilk tender müaviləsi 9 aprel 2020-ci il tarixində imzalanıb. Həmin müqaviləyə görə İcra Hakimiyyəti Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi üçün 16 milyon 900 min, İdman Sarayının tikintisi üçün isə 4 milyon 600 min manat ayrıb. 

Daha sonra müxtəlif vaxtlarda Dram Teatrı və İdman Sarayının tikintisilə bağlı bir-neçə tender keçirilib və hər dəfə "Rövşən Oğuz Qrup" MMC qalib olub.

İcra Hakimiyyəti İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 06.10.2020-ci iç tarixində 1 milyon 800 min, 19.03.2021-ci il tarixində 9 milyon 400 min, 12.08.2021-ci il tarixində 5 milyon, 17.12.2021-ci il tarixində 181 min 600 manat ayırıb.

Dram Teatrının tikintisinin davam etdirilməsi üçün isə 19.03.2021-ci il tarixində 9 milyon 350 min, 17.12.2021-ci iltarixində 60 min manat ayırıb. 

Rəqəmlərdən də göründyü kimi, İcra Hakimiyyəti son 2 ildə Dram Teatrı və İdman Sarayının tikintisi üçün "Rövşən Oğuz Qrup" MMC-yə ümumilikdə 66 milyon manatdan çox vəsait ayrılıb. 

Onu da bildirək ki, "Rövşən Oğuz Qrup” MMC 29.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı “Əhməd Rəcəbli 1, ev 8”-də -  "Adore Plaza"nın 3-cü mərtəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.






Müəllif A.  Cəfərov

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.20603609085083