Yasamal rayonunda təhlükə ilə üz-üzə qalan insanlar - VİDEO

 10-03-2022

Paytaxtın Yasamal rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, M1, ev 2 ünvanında yaşayan sakinlər günlərini qorxu içərisində keçirir.

Çünki yaxınlıqda tikinti işləri gedir və sakinlərin yaşadığı evin üzərində qaldırıcı kran quraşdırılıb. 

Küçə sakini Aytəkin Vəliyeva bildirib ki, tikinti şirkəti tərəfindən onlara heç bir təklif verilməyib.

“Evimizi alıb əvəzində bizə pul verməyi təklif etmirlər. Qalmışıq pis vəziyyətdə. Bu kran təzə qurulanda oğlumla yeznəm gedib onlarla danışdı ki, bunu qurmayın. Buranın işçiləri yığışıb oğlumla yeznəmi döydü” – deyə, o qeyd edib. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.22268581390381