Moskva və Ankara Rusiya Federasiyasından gedən brendlərin türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqları davam etdirirlər.
Rusiya Ticarət Mərkəzləri Şurasının (RSMŞ) sədri Dmitri Moskalenko bildirib ki, Moskva və Ankara Rusiyanı tərk etmiş brendlərin türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqların yeni mərhələsinə daxil olurlar.
“Bu ilin payızında pərakəndə satış sektorunda 420 futbol meydançasına bərabər olan üç milyon kvadratmetr sahənin boş olacağını proqnozlaşdırırıq. Hələ Rusiyada olmayan türk markaları üçün biz Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzlərini əldə etmək imkanını təklif etdik”, – deyə o qeyd edib.
Moskalenko əlavə edib ki, RTMŞ türk şirkətlərinin Rusiyada uzun müddət qalması və sərfəli investisiyalar qoyması üçün danışıqlar aparır.
O, rusiyalı istehlakçıların Türkiyədən gələn brendləri çox yaxşı qəbul etdiklərini vurğulayıb.
Mənbə: Gazeta.ru