Nazirlik rəsmisindən VACİB ÇAĞIRIŞ: “Bronxial astma COVID-19 üçün risk faktoru hesab olunur”

 09-03-2022

"Yanlız ağır gedişli bronxial astma COVID-19 üçün risk faktoru hesab olunur”.

MillətinSəsi.info xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova “Instagram” üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, elmi araşdırmalar sübut edib ki, hər hansı allergik hal risk faktoru hesab olunmur: “Xəstəliyin kəskin inkişaf dövründə vaksinasiya üçün əks-göstəriş verilə bilər. Allergik reaksiya kəskinləşmə dövrünə keçməyibsə, COVID-19 əleyhinə vaksin vurulmasında heç bir problem yoxdur. Kəskin dövr müşahidə edilirsə, müvəqqəti əks-göstəriş ola bilər. Zəruri müalicə tətbiqindən və ya kəskinləşmə dövründən sonra vaksin vurula bilər. Valideynlərin hər ikisində allergiya varsa, övladlarda allergik reaksiyaların yaranması 50 faiz daha çox olur. Yəni bu xəstəlikdə genetika da rol oynayır. Mövsümi allergiyalar xüsusilə yaz və payız fəsillərində özünü büruzə verir”.

Həkim bildirib ki, insanlarda daha çox allergiyanın polinoz növü müşahidə olunur: “Bu allergiya növü daha çox ağacların çiçəklənmə və tozlanma dövründə müşahidə edilir. Mart, aprel və may aylarında bu allergiya növü özünü tez-tez büruzə verir. Mövsümi allergiya və polinozdan əziyyət çəkən insanların səhər saatlarında evdən çıxmamaları, pəncərələri açmamaları tövsiyə edilir. Çünki təbiətdə ağacların tozlanma prosesi gedir. Küçələrdə tənəffüs yollarını qorumaq üçün maska taxılmalı, gözləri qorumaq üçün isə eynəklərdən istifadə məsləhət görülür”.

 

Bənzər yazılar

0.20510482788086