Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 883 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 777 396 nəfər müalicə olunaraq sağalıb, 9558 nəfər vəfat edib, aktiv xəstə sayı 2929 nəfərdir.
Ölkədə son sutka ərzində 3942, hazırkı dövrədək isə 6 611 402 test aparılıb.
Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 8 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 500, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 817, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 614 təşkil edir.