Klopp 18 yaşlı istedadlı futbolçunu “Liverpul”da görmək istəyir

 09-03-2022

Dortmund “Borussiya”sının 18 yaşlı yarımmüdafiəçisi Djud Bellinqem karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İstedadlı futbolçunun xidmətində “Liverpul” maraqlıdır.

Artıq “Liverpul”un baş məşqçi Yurgen Klopp D.Bellinqemin komandasına qoşulması üçün klub rəhbərliyinə müraciət də edib.

Qeyd edək ki, Djud Bellinqem bu mövsüm Bundesliqada 22 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda 18 yaşlı futbolçunun qiyməti 70 milyon avro dəyərində qiymətləndirilir.

Mənbə: The Sun

Bənzər yazılar

0.23087501525879