Türkiyə kəşfiyyatı – Milli İstihbarat Təşkilatı (MİT) İraqda xüsusi əməliyyat keçirib.
Belə ki, kəşfiyyat məlumatları əsasında İraqın Süleymaniyyə şəhərində terrorçuların olduğu avtomobil izlənilib. Nəqliyyat vasitəsi yaşayış məntəqələrinin olduğu rayondan uzaqlaşdıqdan sonra PUA vasitəsilə zərbə endirilib. Nəticədə avtomobildəki dörd terrorçu məhv edilib.
Mənbə: Haber Global