Ukraynanın Donetsk vilayətində daha bir mədəniyyət müəssisəsi dağıdılıb. Rusiya ordusu Svyatoqorskidəki musiqi məktəbinə hücum edib.
Bu barədə vilayətin qubernatoru Pavel Kirilenko məlumat verib.
“2016-cı ildə Yaponiya hökuməti bu məktəbi təmir etməkdə bizə kömək etdi. Ruslar onu xarabalığa çevirdilər”, - deyə qubernator bildirib.
Qeyd edək ki, dünən Rusiya ordusu raket zərbəsi ilə Lozova şəhərində mədəniyyət evinə raketli hücum həyata keçirib. Nəticədə aralarında 11 yaşlı qız olmaqla yeddi nəfər yaralanıb.
Mənbə: Strana.ua