İsveçin baş naziri Rəcəb Tayyib Ərdoğanla söhbətdən SONRA: “PKK-nın terrorçu təşkilat kimi tanınmasını dəstəkləyirik”

 22-05-2022

İsveçin baş naziri Maqdalena Andersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlamalar verib.

Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsini səbirsizliklə gözlədiklərini ifadə edən Andersson, PKK-nın terrorçu təşkilatlar siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bildirib.

 “İsveçin beynəlxalq terrorla mübarizəni alqışladığını vurğuladım. Bu mübarizədə PKK-nın terrorçu təşkilatlar siyahısında olmasını açıq şəkildə dəstəklədiyimi bildirdim”, -deyə hökumət başçısı SVT dövlət televiziyasının efirində bəyan edib.

O, həmçinin “Twitter” hesabında “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı bugünkü görüşü yüksək qiymətləndiririk. Sülh, təhlükəsizlik və terrorla mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik”, - yazıb.

Mənbə: “Haber Global”

Bənzər yazılar

0.34462714195251