“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüş keçirildi

 21-05-2022

“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Xamis Seyranovla mentoru, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev arasında növbəti görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, mentorluq proqramı çərçivəsində Xamis Seyranov “Sənaye parklarında elektrik enerjisinin səmərəli istifadəsi və “AzərEnerji” ASC ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi” layihəsinə cəlb edilib.

Qeyd edək ki, mentorluq proqramı çərçivəsində əhəmiyyətli effektiv nəticənin əldə olunması məqsədilə qalib şəxslə bir il müddətində mütəmadi olaraq görüş və müzakirələr keçiriləcək.

Bənzər yazılar

0.02649712562561