Rusiya atom bombası qurbanlarının xatirəsini anma mərasiminə dəvət edilməyib

 21-05-2022

Xirosima şəhərin atom bombası ilə vurulmasının 77-ci ildönümü ilə əlaqədar keçiriləcək mərasim üçün Rusiya prezidentinə və Rusiya səfirinə dəvət göndərməmək qərarına gəlib.

Mərasimə adətən nüvə dövlətlərinin liderləri və bütün ölkələrin səfirləri dəvət olunur. Meriyanın təşkilatçılarından birinin dediyinə görə, bu il Rusiya prezidentinə dəvət göndərilməsi  planda olsa da, hökumətin təkidi ilə bu qərar dəyişdirilib. Eyni zamanda Belarus səfiri də mərasimə dəvət almayacaq.

“Bu, sülhə çağırış üçün bir fürsətdir. Vəziyyət yaxşılaşdıqda dəvətlər göndəriləcək”, – deyə   bələdiyyənin məsul əməkdaşı bildirib.

Qeyd edilir ki, bu il avqustun 6-da şəhərə atom bombası atılmasının 77-ci ildönümündə baş tutacaq mərasimə 3550 dəvətli qonaq qatılacaq.

Mənbə: RİA Novosti

Bənzər yazılar

0.20055603981018