Nazirin işdən çıxardığı rəis Eldar Mahmudovu niyə qəzəbləndirmişdi?

 09-03-2022

“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının keçmiş rəisi Nəriman Salmanov vaxtilə keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun hədəfində olub.

Qaynarinfo.az xəbər verir ki, bu barədə sabiq Rabitə naziri Əli Abbasov istintaqa ifadəsində bildirib. Həmin ifadə mediada yayılıb.

Əli Abbasov deyib ki, Nəriman Salmanov “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri vəzifəsində çalışarkən Eldar Mahmudovun təzyiqləri ilə üzləşib.

“Mən 2004-cü ildə nazir təyin olunandan sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etmişdim. Bu təyinatdan sonra Eldar Mahmudov mənimlə görüşlərində bir neçə dəfə Nəriman Salmanovun o vəzifəyə təyinatından narazılığını bildirmişdi. Deyirdi ki, həmin adam onların əməliyyat təminatına müəyyən çətinliklər yaradır. Sonradan bildim ki, Eladar Mahmudov ölkə rəhbərliyinə Nəriman Salmanovun guya hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması haqda məlumat çatdırıb. Mən də məcbur olub, 2005-ci ildə Nəriman Salmanovun vəzifədən azad edilməsi barədə əmr imzaladım”, deyə keçmiş Rabitə naziri bildirib.

Əli Abbasovun sözlərinə görə, Nəriman Salmanovu işdən çıxardırdıqdan sonra Eldar Mahmudovun təkidi ilə onun qohumu Beytulla Hüseynovu bu posta təyin edib. Beytulla Hüseynov “MTN işi” ilə paralel araşdırılan “Rabitə işi”ndə müttəhimlər kürsüsündə oturub. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsrili bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Xatırladaq ki, bir müddət əvvəl məlumat yayılmışdı ki, “Aztelekom” MMC-nin Daxili Audit Şöbəsi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağı da daxil olmaqla, müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparıb və Nəriman Salmanov həb edilib. Lakin “Aztelekom” MMC təkzib etmişdi. Bu gün isə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Nəriman Salmanov tutuduğu vəzifədən azad edilib.

Bənzər yazılar

0.23603296279907