“Araz Supermarket” MMC-yə daxil olan mağazalarda qəbzlər niyə keyfiyyətsiz olur? – ƏDV vurmaq mümkün deyil

 13-04-2023

“Araz Supermarket” MMC-yə daxil olan “OBA market” şəbəkəsinin mağazalarının bir çoxunda verilən qəbzlər keyfiyyətsiz olduğu üçün  müştərilər ƏDV-dən yararlana bilmirlər.

Pravda.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkədə paylaşım edib.

““Araz” supermarketlər şəbəkəsi və ona bağlı olan “OBA”nın Yeni Günəşlidəki bütün marketlərində təzə fırıldaqçılığa əl atıblar. Qəbzləri çap edən printerlərə necə müdaxilə ediblərsə, müştəri nə ƏDV vura bilir, nə də fiskal kodu yaza bilir, məhz həmin hissə çapda düşmür. “Veysəloğlu” MMC, o boyda milyonlar qazanırsınız, camaatın 5-10 qəpiyinə də göz dikirsiniz. Ayıbdır, vallah”, - H.Novruzzadə yazıb.

Onun paylaşımına gələn şərhlərdə ayrı-ayrı vətəndaşlar Yeni Günəşli ilə yanaşı Neftçilər metrostansiyasının, həmçinin Mərdəkanda "Şam bağı" restoranının yaxınlığındakı, eyni zamanda Əhmədlidə Məhəmməd Hadi küçəsi 134, 16 mərtəbəli binanın altındakı, Gəncə prospektindəki, Xətai, Binəqədi rayonlarındakı “OBA” və “Araz” marketlərdə belə halların tez-tez yaşandığını bildiriblər.

Məlumatı aydınlaşdırmaq üçün “OBA” və “Araz”a saytımız tərəfindən sorğu göndərilib. Hər iki marketlər şəbəkəsi gün ərzində mövqe göndəriləcəyini bildirsə də, hələ göndərilməyib.

Bənzər yazılar

0.29969692230225