Hesablama Palatası “AzerGold” QSC tərkibində törəmə şirkətə ayrılan investisiyanı “dövlət proqramın”ın məqsədlərinə tam uyğun olmadığını hesab edir.
Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində qeyd edilir.
Palata qeyd edir ki, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsi haqqında qərar qəbul edilib.
Buna baxmayaraq, 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9 milyon 600 min manat maliyyə dəstəyi ayrılmış və 100% həcmində istifadə edilib.
“Beləliklə, qeyd edilən vəsaitin ayrılması “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın məqsədlərinə tam uyğun olmayıb”– deyə, Palata qeyd edir.