STP Şirkətlər Qrupuna daxil olan “SOCAR-STP” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq yeni məhsulun - stasionar dəniz platforma kranı istehsalına başlanılıb.
Kranın əsas təyinatı yük və işçi heyətini barjdan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür.
Təqdimat mərasimində MMC-nin direktoru Fərid Ağayev müəssisə haqqında məlumat verərək, kranın iş prosesini nümayiş etdirib. Bildirib ki, “80-30 (35T)” markalı barbet üzərində olan stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında hazırlanıb. Kranın maksimal yükqaldırma qabiliyyəti 35 metrdə 3 ton, 30 metrdə 8 ton və 5 metrdə 35 tondur.
İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına dair sertifikat alıb.